1. Ümumi qaydalar
1.1. Xidmətlər üçün edilən ödənişlər əsasən geri qaytarılmır.
1.2. Yalnız aşağıdakı hallarda geri ödəmə mümkündür:
- Ödəniş edildikdən sonra xidmət aktivləşdirilməyibsə;
- Texniki səbəbdən xidmət göstərilməyibsə;
- Müştəri tərəfindən ödəniş səhvən (iki dəfə və ya artıq məbləğdə) həyata keçirilibsə.
2. Geri ödəmə proseduru
2.1. İstifadəçi geri ödəmə üçün support@onehost.az ünvanına yazılı müraciət etməlidir.
2.2. Müraciət ödənişdən sonra ən geci 7 (yeddi) təqvim günü ərzində edilməlidir.
2.3. Təsdiqlənmiş müraciət üzrə vəsait 5 iş günü ərzində müştərinin hesabına qaytarılır.
3. İstisnalar
3.1. Aktivləşdirilmiş və istifadə olunmuş xidmətlər üçün ödəniş geri qaytarılmır.
3.2. Qanun pozuntusu səbəbindən bloklanmış hesablara görə ödəniş geri ödənilmir.